Bazar ertəsi, 29 Aprel

Samirə Əfəndi: "Necə bir bəylə ailə quracağımı..." - Foto

image

"Avroviziya-2021" təmsilçimiz Samirə Əfəndi MTV Azərbaycan kanalında yayımlanan "Üzə-düz" verilişində açıqlamaları ilə diqqət çəkib.

Xəbər verilir ki, Samirə Əfəndi şəxsi həyatından danışıb:

"Şəxsi münasibətlər haqqında danışa bilmərəm, çünki özüm də cavabını bilmirəm. Necə bir bəylə ailə quracağımı bilmirəm. Mənim üçün önəmli olan anlaşma, etibar və inamdır. Ailə, şəxsi həyat, iş və sair bütün münasibətlərdə insanlar bir-birini tamamlamalıdır. Münasibətdə tərəflər bir-birini əzməməlidir".

Müğənni anasının ona dəstəyindən də danışıb: "Ən böyük dəstəyi anamdan alıram. O mənim üçün nümunədir. Valideynlərimdən aldığım dəstəyi heç kimdən ala bilmərəm. Onlar mənə heç vaxt sərhəd qoymurlar, yanımda olublar, seçim azadlığı veriblər! Düzgün tərbiyə almışam. Bəxtim onda gətirdi ki, əhatəm doğru insanlarla zəngindir. Yalandan qaçıram.

Sənətə təzə gələndə anamın bir sözü var idi ki, qızım, sən bütün dedi-qodu, söhbətlərə hazırsan?! Kimsə sevəcək, kimsə sevməyəcək. Psixoloji hazırsansa, başla!"

Samirə Əfəndi toy mərasimlərindən gəlir əldə etdiyini deyib: "Toylara gedirəm, amma toy mərasimlərinə getməyi yaradıcılığımın zirvəsi hesab etmirəm. Sadəcə gəlir yeri kimi baxıram. Çünki bizdə konsert mədəniyyəti hələ ki, yaxşı inkişaf etməyib. Toy və xınayaxdı mərasimlərinə seçərək gedirəm".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55